Kəmaləddin Heydərov açılışda iştirak edib

Kəmaləddin Heydərov açılışda iştirak edib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Binəqədi rayon Hissəsinin Abşeron rayonu Novxanı qəsəbəsindəki 1 saylı Bölməsinin açılışı olub.

FHN-dən SİA-ya verilən məlumata görə, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov binanın açılış mərasimində iştirak edib. Nazir Heydər Əliyevin fotoşəkilləri olan stend, dispetçer, tədris və istirahət otaqları, yeməkxana ilə tanış olub.

K.Heydərov, həmçinin şəxsi heyətlə də görüşüb, müvafiq tapşırıq və tövsiyələrini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə