Gənclər şəhərciyinin inşası AMEA-nın Tədbirlər planı layihəsindən çıxarıldı

Gənclər şəhərciyinin inşası AMEA-nın Tədbirlər planı layihəsindən çıxarıldı

AMEA-nın 70 illik yubileyinə həsr olunan Tədbirlər planında nəzərdə tutulan Gənclər şəhərciyinin inşası ilə bağlı layihə mövcud plandan çıxarılıb. SİA-nın xəbərinə görə, bunu AMEA-nın prezidenti, akademik Akif Əlizadə deyib.

Xatırladaq ki, AMEA-nın Rəyasət Heyətinin əvvəlki iclaslarının birində gənc alimlər üçün nəzərdə tutulan şəhərciyin tikintisi ilə bağlı məsələ Akademiyanın Tədbirlər planının layihəsinə salınmışdı. Nəbadət bağında ağacların köçürülməsi ilə əlaqədar məsələ qaldırılarkən idddia olunurdu ki, həmin ərazidə gənclər şəhərciyinin tikilməsi nəzərdə tutulurdu.

Bütün xəbərlər Facebook səhifəmizdə