"Xeyirxahlıq bizim qanımızdadır" Aksiya

"Xeyirxahlıq bizim qanımızdadır" Aksiya

8 May Beynəlxalq Talassemiya günü ilə əlaqədar Ana Vətən Partiyasının bir qurup fəalı "Xeyirxahlıq bizim qanımızdadır" şüarı ilə talassemiya xəstəsi olan uşaqlara qanvermə aksiyası keçiriblər. SİA-nın xəbərinə görə, tədbir talassemiyalı xəstələrə qarşı qayğı və diqqətin artırılması, donorluğun təbliği, donorçuluğun xeyri və sağlam cəmiyyətin bünövrəsinin möhkəmlənməsinə həsr olunub.

Ana Vətən Partiyası Mərkəzi Aparatın rəhbəri Elçin Ağamalı bildirib ki, bizim qana ehtiyacı olan insanların həyatını xilas etmək imkanımız var: "Hər zaman belə aksiyalara dəstək oluruq. Talassemiya xəstəliyinə tutulmuş uşaq əgər düzgün və vaxtında müalicə alarsa, sağlam həmyaşıdlarından heç nə ilə seçilməyəcək. Bu səpkidə olan xeyriyyə aksiyalarını gələcək illərdə də davam etdirməyi nəzərdə tuturuq".

Qeyd edək ki, Ana Vətən Partiyası üzvlərinin donor qanları Səhiyyə Nazirliyinin Qanköçürmə İnstitutunun qan bankına verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə