Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın mayın 8-də Azərbaycana gözlənilən səfəri növbəti dəfə təxirə salınıb. Bu barədə SİA-ya Avropa Şurasının mətbuat xidmətindən bildirilib.
Mətbuat xidmətindən qeyd olunub ki, T. Yaqlandın Azərbaycana səfəri mayın 19-20-nə planlaşdırılır.
Səfərin əsas məqsədi AŞ ilə Azərbaycan arasında əməkdaşlıq perspektivləri və Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrliyi məsələlərini müzakirə etməkdir.
Səfər çərçivəsində T. Yaqlandın Azərbaycan rəsmiləri ilə bir sıra görüşləri gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB