"Mayın 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, səhər və axşam bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Gündüz mülayimləşəcək şimal küləyi əsəcək". Bunu SİA-ya açıqlamasında Ekologiya və Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gürşad Məmmədova deyib.
Onun sözlərinə görə, sabah paytaxtda və yarımadada havanın temperaturunun gecə 10-14, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir: "Azərbaycanın rayonlarında mayın 8-də hava şəraitinin gün ərzində yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun Aran rayonlarında gecə 12-17, gündüz 27-32, dağlarda gecə 5-10, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir".
Qurum rəsmisi bildirib ki, yaxın iki gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir: "Mayın 9-10-da mülayim cənub küləyi üstünlük təşkil edəcək. Havanın temperaturu 21-25 dərəcə olacaq. Bölgələrdə hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin bəzi rayonlarda səhər və axşam saatlarında şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimal olunur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB