Bu gün "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində (QSC) Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 91 ildönümünə həsr olunmuş tədbir keçirilib. QSC-nin mətbuat xidmətindən SİA-ya daxil olan məlumata görə, tədbir Ulu Öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Təntənəli yığıncağı giriş sözü ilə açan "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini Qurban Nəzirov bildirib ki, bu günlərdə Azərbaycanda və Azərbaycan həqiqətlərinin tanındığı hər yerdə, azərbaycanlıların kompakt yaşadığı xarici ölkələrdə Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 91 illik yubileyi ilə bağlı tədbirlər keçirilir: "Azərbaycanın iqtisadiyyatının dağıldığı, dövlətlərarası münasibətlərin tamamilə pozulduğu, ölkəmizin bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üzləşdiyi bir vaxtda ölkənin bir qrup vətənpərvər ziyalısı Yeni Azərbaycan Partiyasının yaradılması zərurətini başa düşüb və bu təşəbbüslə çıxış ediblər. 21 noyabr 1992-ci ildə Partiyanın təsis konfransı Naxçıvanda keçirilib və Dahi Şəxsiyyət Heydər Əliyev yekdilliklə partiyanın sədri seçilib. Ondan sonra siyasi hadisələrin necə cərəyan etdiyini, Ulu Öndər Heydər Əliyevin xalqın təkidi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıtması ilə ölkəni sürükləndiyi uçurumdan necə xilas etməsinin hamımız yaxşı bilirik. Çünki biz bu yaxın keçmişimizin canlı şahidləriyik. Ulu Öndərin 15 iyun 1993-cü ildə yenidən ölkənin siyasi rəhbərliyinə qayıtması ilə xaosun qarşısı alınıb. Siyasi kurs müəyyən olunub, iqtisadi əlaqələr genişləndi, mədəni dəyərlərin qorunması istiqamətində mühüm addımlar atılıb, ölkənin həyatında yeni bir ab-hava yaranıb. 1969-2003-cü illəri Azərbaycan Dəmir Yolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adlandırmaq olar. Məhz bu illərdə istehsalatda əsas fəaliyyətlə yanaşı 14300 texniki yeniləşmə metodları tətbiq edilmiş və bunlar dəmir yolunun bütün sahələrini əhatə edib".
Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin uğurlu siyasi xətti ölkə başçısı İlham Əliyev tərəfindən ləyaqətlə davam etdirilir: "Ölkə Prezidenti 6 iyul 2010-cu ildə "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncam dəmir yolunun inkişafını təmin edəcək ən mühüm sənəddir. Proqramda Azərbaycan dəmir yolu nəqliyyatının sürətli inkişafını təmin edən bütün məqamlar öz əksini tapıb".
Sonra dəmiryolçulardan Xalid Səfərəliyev, Teymur Məmmədov, Gülnaz Əliyeva, Əlövsət Allahverdiyev, Ziya Zakiroğlu və Jalə Əfəndiyeva çıxış edərək dünya siyasət arenasında Ümummilli Lider Heydər Əliyevin yeri, onun uğurlu siyasi kursunun layiqli davamçısı, ölkə başçısı İlham Əliyevin Azərbaycanın haqq səsinin dünyaya yayılması istiqamətində gördüyü böyük işlərdən, növbəti prezident seçkilərində bu siyasi kursu dəstəkləməyin vacibliyindən söhbət açıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB