Vitse-spiker: “Azərbaycanda korrupsiyaya qarşı mübarizə ilə bağlı qanunvericilik kifayət qədər yaxşıdır”

Vitse-spiker: “Azərbaycanda korrupsiyaya qarşı mübarizə ilə bağlı qanunvericilik kifayət qədər yaxşıdır”

"Azərbaycanda korrupsiyaya qarşı mübarizənin aparılmasını tənzimləyən qanunvericilik kifayət qədər yaxşıdır". SİA-nın xəbərinə görə, bu sözləri Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov jurnalistlərə açıqlamasında deyib.

Z. Əsgərov vurğulayıb ki, korrupsiyaya qarşı mübarizənin aparılması üçün insanlar özləri də düşünməlidirlər ki, bu cür yollara getmək olmaz: "Çünki bu cür işlərin sonu yoxdur. Ona görə də gərək insanların özlərində də daxili vicdan olsun. Vicdan oyansın ki, bu işlərlə məşğul olmaq olmaz. Əlbəttə ki, vicdanı olmayan insanlara hüquq-mühafizə orqanları öz sözünü deyəcək. Azərbaycan dövləti tərəfindən korrupsiyaya qarşı mübarizə tədbirləri həmişə aparılıb. Bu işlər bizim siyasətimizin çox mühüm istiqamətlərindən biridir. Ölkə rəhbərliyinin siyasi iradəsi də ortadadır. Әlbəttə, bu mübarizənin də müxtəlif yolları, sözsüz ki, administrativ, profilaktik yolları da var. Hesab edirəm ki, zaman keçdikcə bu məsələlərin kökü kəsiləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə