50 saylı orta məktəbdə Ümummilli liderin anım günü qeyd olunub FOTOLAR
Səbail rayonu Bibiheybət qəsəbəsindəki şəhid Cəbrayıl Əsgərov adına 50 saylı tam orta məktəbdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunan tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbir Səbail rayon İcra Hakimiyyətinin Ulu öndərin əziz xatirəsinə həsr olunan tədbirlər planı çərçivəsində təşkil olunub.
Bayramsayağı bəzədilən məktəb həyətində başlanın tədbir Azərbaycanının Dövlət himninin ifası ilə başlanıb. Tədbiri 50 saylı orta məktəbin direktoru Sədaqət Həsənova açaraq qonaqları salamlayıb, tədbir barədə, onun məqsədi və Ulu öndərin doğum günü ilə bağlı məktəbdə görülən işlər barədə məlumat verib.
Səbail rayon İcra Hakimiyyəti Başçısının Bibiheybət qəsəbəsi üzrə nümayəndəsi Fariz Xəlilov Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə danışıb: "Qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi. Bu gün Azərbaycan dövlətçiliyini, xalqımızın müstəqilliyini əbədiyyətədək yaşatmaq üçün Heydər Əliyev irsi, onun dövlət idarəçiliyi təcrübəsi misilsiz mənəvi sərvətlər xəzinəsidir. Ölkəmizin hər bir vətəndaşının bu nadir xəzinəyə yiyələnməsi, dahi şəxsiyyətin zəngin dövlət idarəçiliyi təcrübəsini, onun həyatının ən ağır anlarında belə doğma xalqına necə misilsiz sədaqətlə, cəsarətlə xidmət etməsini öyrənməsi Azərbaycanın parlaq gələcəyi deməkdir. Azərbaycanda bu gün Ümummilli Liderimizin ideyaları nəinki yaşayır, hətta daha geniş şəkildə həyata keçirilir. Böyük öndərimizin başladığı, lakin axıra çatdıra bilmədiyi işlər onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir".
Məktəblilər Heydər Əliyevə həsr olunan şeir və mahnılar ifa ediblər, Ulu öndərlə bağı şagirdəlrin hazırladıqları video-materiallar nümayiş etdirilib.
Tədbirdə Səbail RİH-nin, Bibiheybət Bələdiyyəsinin, qəsəbə ağsaqqalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB