Həzrət Əlinin (ə) mövlud günü Bakıda təntənəli şəkildə qeyd olunacaq

Həzrət Əlinin (ə) mövlud günü Bakıda təntənəli şəkildə qeyd olunacaq

Bakıda Həzrət Əlinin (ə) mövludu günü münasibəti ilə böyük tədbir keçiriləcək. Bu barədə SİA-ya İçərişəhər "Cümə məscidi" dini icmasının sədri, axund Hacı Surxay Məmmədli məlumat verib.

Onun sözlərinə görə, tədbir may ayının 12-i saat 15:00-da İçərişəhər "Cümə məscidi" dini icmasının təşkilatçılığı baş tutacaq: "Tədbir Səbail rayonu, Badamdar qəsəbəsindəki "Bəyoğlu" şadlıq sarayında keçiriləcək. Tədbirlə bağlı müvafiq hazırlıq işləri həyata keçirilib. Tədbirə Türkiyə, İran və İraqın ölkəmizdəki səfirliklərinin rəsmiləri iştirak edəcək".

Hacı Surxay Məmmədli onu da əlavə edib ki, tədbirdə Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin də iştirakı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə