Polşanın Ədliyyə Nazirliyinin Strategiya və Derequlyasiya departamentinin internet səhifəsində nazirliyin əməkdaşı Yakub Mixalskinin müəllifi olduğu "Azərbaycandan nə öyrənə bilərik?" məqaləsi yerləşdirilib.
SİA-nın xəbərinə görə, Azərbaycanın Polşadakı səfirliyindən verilən məlumatda bildirilir ki, məqalədə Azərbaycanın məhkəmə sistemindən, onun internet səhifəsindən, vətəndaşların nazirliyin internet səhifəsi vasitəsilə istənilən məlumatı əldə etmək imkanlarından söz açılıb.
Bildirilib ki, iki il bundan öncə Azərbaycanın Ədliyyə Nazirliyinin nümayəndəsi Avropa Şurasında ölkəsinin məhkəmə sisteminin internet portalını (courts.gov.az) təqdim edərkən Qərbi Avropadan olan həmkarlarım bunu böyük maraqla qarşılayıb. Bəziləri təqdim olunmuş mükəmməl portalın onların ölkəsində mövcud olmadığını da etiraf ediblər.
Y.Mixalski qeyd edib ki, təqdimat zamanı tikilərək yeni istifadəyə verilmiş məhkəmə binalarının nümayişi və həmin binalarda çalışacaq azərbaycanlı həmkarlarına qarşı onlarda bir növü "paxıllıq" hisslərini oyadıb.
Müəllif Azərbaycanın digər sahələrlə yanaşı, məhkəmə sisteminə yetirilən dövlət qayğısının kökündə neft və qaz gəlirlərindən istifadə üzrə düzgün, düşünülən strategiyanın durduğunu vurğulayıb.
Məqalədə Şəki şəhərində istifadəyə verilən Apelyasiya Məhkəməsinin binasının şəkli, eləcə də courts.gov.az portalından nümunələr də verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB