Nizami rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə tədbir keçirilib
Nizami Rayon İcra Hakimiyyəti tərəfindən müstəqil Azərbaycan dövlətinin xilaskarı və banisi ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilir. Mayın 6-da rayondakı 62 nömrəli məktəb-liseydə Ulu Öndərin yubileyi münasibəti ilə növbəti tədbir keçirilib.
Əvvəlcə təbdir iştirakçıları məktəbin foyesində ümummilli lider Heydər Əliyevə həsr olunan sərgi ilə tanış olmuş, dahi şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən məktəb-liseyin direktoru Mətanət Cabbarlı ulu öndər Heydər Əliyevin zəngin və mənalı həyat yolundan söhbət açıb.
Sonra məktəb-liseyin kollektivinin hazırladığı Ümummilli Liderə həsr olunan "Tarixlərə yazılan şəxsiyyət var" adlı əbədi-bədii kompozisiya nümayiş etdirilib.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov çıxış edərək müstəqil Azərbaycanda bütün çətinliklərə sinə gələrək hüquqi, demokratik dövlət quruculuğunu müvəffəqiyyətlə həyata keçirən Ulu öndər Heydər Əliyevin ölkəmizin əvəzolunmaz inkişaf konsepsiyasını hazırladığını deyib.
Sonra Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli və Milli Məclisin deputatı Rasim Musabəyov çıxış edərək Ümummilli Liderin zəngin həyat və fəaliyyətindən söhbət açıblar.
Natiqlər ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə gördüyü böyük işlərdən, müstəqil dövlətimizin yaranmasında, möhkəmləndirilməsində və beynəlxalq aləmdə tanıdılmasında əvəzsiz xidmətlərindən, dahi şəxsiyyətin məqsədyönlü siyasətinin əhəmiyyətindən danışıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB