Göygöldə Heydər Əliyevə həsr olunmuş elmi-nəzəri konfrans keçirilib FOTO

Göygöldə Heydər Əliyevə həsr olunmuş elmi-nəzəri konfrans keçirilib FOTO

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibəti ilə Göygöl rayonunda elmi nəzəri konfrans keçirilib. SİA-nın verdiyi xəbərə görə, Heydər Əliyev mərkəzində təşkil olunan konfransda dahi şəxsiyyətin şərəfli ömür yolundan və zəngin fəaliyyətindən geniş bəhs olunub.

Ulu öndərin uzaqgörən siyasəti nəticəsində yeni istehsal sahələrinin yaradıldığı və xalqın rifah halının yaxşılaşdığı vurğulanıb. Çıxışlarda qeyd olunub ki Prezident İlham Əliyev dahi şəxsiyyətin siyasi kursunu layiqincə davam etdirir.

Tədbirin sonunda Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibəti ilə keçirilən idman yarışlarının və müsabiqələrin qaliblərinə fəxri fərman, eləcə də qiymətli xatirə hədiyyələri verilib. Həmçinin Yeni Azərbaycan Partiyasının (YAP) sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim olunub. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ərəfəsində N saylı hərbi hissənin əsgər və zabit heyəti Göygöl rayonunda yenicə istifadəyə verilən Heydər Əliyev mərkəzində olublar. Mərkəzin fəaliyyəti ilə yaxından tanış olan hərbçilər Ulu öndərin həyat və fəaliyyətini əks etdirən fotostendlərə baxıblar. Dahi şəxsiyyətin ordumuzun güclənməsi istiqamətində səmərəli xidməti bir daha vurğulanıb.

İlham Məmmədzadə, Gəncə

Bütün xəbərlər Facebook səhifəmizdə