“Heydər Əliyev Fondu və Gəncə” adlı elmi monoqrafiya çap olunub

“Heydər Əliyev Fondu və Gəncə” adlı elmi monoqrafiya çap olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə bölməsi şəhər icra hakimiyyətinin təşəbbüsü ilə Heydər Əliyev fondunun 10 illiyi ilə bağlı "Heydər Əliyev Fondu və Gəncə" adlı elmi monoqrafiyanı çap edib. SİA-nın verdiyi məlumata görə, 350 səhifəlik yeni kitabın müəllifi tarix üzrə fəlsəfə doktoru Samir Pişnamazzadə, rəyçi isə tarix elmləri doktoru, professor İradə Hüseynovadı. İki fəsildən ibarət olan kitabın I fəsilində Heydər Əliyev Fondu barədə məlumatlar, II fəsildə isə Fondun Gəncədə həyata keçirdiyi layihələrin elmi izahı verilib.

Qeyd edək ki, kitab Ulu öndərin anadan olmasının 91-ci ildönümü və Heydər Əliyev fondunun 10 illiyində ictimaiyyətə təqdim olunacaq.

İlham Məmmədzadə, Gəncə

Bütün xəbərlər Facebook səhifəmizdə