Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönmü münasibətilə elmi praktiki konfrans keçirilib. SİA-nın məlumatına görə, rayonda keçirilən tədbirin iştirakçıları öncə Ulu öndərin büstü önünə gül-çiçək dəstələri qoyublar. Tədbirdə YAP-ın üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Goranboy təşkilatının sədri Elçin İsmayılov çıxış edərək Heydər Əliyevin həyat və yaradıcılığından danışıb.
Sonra isə Ümummilli liderin həyat yolunu əks etdiriən film nümayiş olunub. Filmdən sonra çıxış edənlər Ulu öndər Heydər Əliyevin xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkədə yaranan xaos, anarxiyaya son qoyulmasından, hakimiyyətin möhkəmləndirilməsindən, ordunun gücləndirilməsindən, atəşkəsə nail olunmasından danışıblar.
Sonda YAP Goranboy rayon təşkilatında Ulu öndərin xatirəsi yad olunub və yeni vəsiqə alanların vəsiqələri təqdim olunub.
Şamxal Cəliloğlu, Qarabağ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB