Bakıda beynəlxalq konfrans keçirilir

Bakıda beynəlxalq konfrans keçirilir

Bu gün Bakıda "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin əldə olunmasında Azərbaycanın töhfəsi" adlı beynəlxalq konfrans keçirilib. SİA-nın məlumatına görə, tədbirin beynəlxalq statuslu olduğunu deyən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, konfransda Qazaxıstan, Moldova, Tacikistan, Belarus və Qırğızıstan respublikalarından olan 20-dən artıq nümayəndə heyəti iştirak edir.

Çıxış edən Veteranlar Şurasının sədri Dadaş Rzayev deyib ki, Böyük Vətən müharibəsində qələbə qazanılmasında Azərbaycan neftinin böyük rolu olub: "Hitler faşizmi üzərində qələbədə Azərbaycan xalqının rolu danılmazdır. Azərbaycanlılar həmin müharibədə təkcə ön cəbhədə deyil, arxa cəbhədə də şücaət göstəriblər. Müharibə dövründə Bakı ölkə neftinin 70 faizini verirdi. Bu da müharibənin taleyini həll edən üç əsas həlledici amildən biri idi".

Tədbir çıxışlarla davam edib.

Qeyd edək ki, tədbir MDB İcraiyyə Komitəsi tərəfindən təqdim edilən "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 70-ci ildönümünə hazırlıq görülməsi və onun qeyd edilməsinə dair Əsas Tədbirlər Planı"nın müvafiq bəndinin icrasının təmin olunması ilə əlaqədar keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə