Ulu öndər Heydər Əliyevin 91 illik yubileyi münasibəti ilə start verilən ağacəkmə kampaniyası bu gün də davam etdirilib. SİA-nın verdiyi məlumata görə, aprel ayının 11-dən başlayan aksiya çərçivəsində may ayının 10-dək şəhərin müxtəlif istiqamətlərində, o cümlədən 450 hektar sahəsi olan və Heydər Əliyevin adını daşıyan parkda 91 min ağac əkiləcək. Bu günkü aksiyaya Gəncə şəhərinin təhsil, səhiyyə və digər müəssisələrinin nümayəndələri ilə yanaşı, Gəncə Şəhər İcra hakimiyyətinin başçısı Elmar Vəliyev də qoşulub.

.jpg)
İlham Məmmədzadə,Gəncə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB