Təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb

Təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, mayın 6-da Azərbaycan və Ermənistan qoşunlarının Tərtər rayonu Qapanlı kəndinin cənub-şərq istiqamətindəki təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Piter Svedberq, təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, səhra köməkçiləri Xristo Xristov və Yevgeni Şarov keçiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə