Azərbaycanda zəlzələ olub

Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş Kəlbəcər rayonunda zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzindən SİA-ya verilən məlumata görə, ilkin məlumatlara əsasən, zəlzələ yerli vaxtla saat 12:56:13-də Gəncədən 63 km cənub-qərbdə, Kəlbəcər rayonu ərazisində 25 km dərinlikdə qeydə alınıb.

Zəlzələnin baş verdiyi ərazi Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğundan, hələlik dağıntı barədə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə