Nazir müavini: “Bu, bizim əsas problemlərimizdən biridir”

Nazir müavini: “Bu, bizim əsas problemlərimizdən biridir”

"Azərbaycanda məşğulluq xidmətlərində həm kadr, həm də ayrılan vəsait ölkəmizin iqtisadi inkişaf tempinə və əmək bazarı tələblərinə uyğun gəlmir". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli deyib.

Nazir müavini deyib ki, Azərbaycanda məşğulluq xidməti orqanlarında 407 nəfər çalışır: "Beynəlxalq standartlara görə isə 100 min nəfərə 15 DMX əməkdaşı olmalıdır. Məsələn ötən həftə İsmayıllıda pilot məşğulluq mərkəzi açdıq. İsmayıllı rayonunun əhalisi 82 min olmasına baxmayaraq, həmin məşğulluq xidmətində 4 nəfər çalışır. Bu isə çox aşağı göstəricidir. Əslində orada 12-13 nəfər çalışmalıdır. Bu, bizim əsas problemlərimizdən biridir.

Digər bir məsələ isə aktiv və passiv məşğulluq tədbirlərinə ayrılan vəsaitlərlə bağlıdır. Məsələn bizdə məşğulluq məsələlərinə 10 milyon manat ayrılırsa, beynəlxalq təcrübədə tam başqa formadadır. Məsələn, Litvanın əhalisi 3,4 milyon nəfərdən ibarətdir, amma məşğulluq xidmətlərində 1350 nəfər çalışır. Bizdə 10 milyon ayrılırsa, onlarda 189 milyon vəsait ayrılır. Bu isə göstərir ki, bizdə həm kadr, həm də ayrılan vəsait ölkəmizin iqtisadi inkişaf tempinə və əmək bazarı tələblərinə uyğun gəlmir".

Bütün xəbərlər Facebook səhifəmizdə