Tələbələr üçün əmək yarmarkası keçirilib

Tələbələr üçün əmək yarmarkası keçirilib

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən "Karyerada ilk addım" devizi altında növbəti aktiv məşğulluq tədbiri keçirilib. SİA-nın xəbərinə görə, tədbirin məqsədi yuxarı kurs tələbələri və məzun bazarına inteqrasiyasına, habelə işəğötürənlər üçün ixtisaslı kadrların seçimini aparmaq imkanı yaradılmasına köməklik göstərilməsi olub.

Tədbirdə 78-i özəl sektora aid 109 müəssisə tərəfindən ümumilikdə boş (vakant) iş yeri tələbə və məzunlara təklif edilib. Vakansiyaların 637-si özəl müəssisələr tərəfindən təqdim edilib. Həmin müəssisələr arasında "Ata Holdinq" ASC, "Ata Bank" ASC, " Azərcell Telekom" MMC, "Bakcell LTD" Azerfon MMC, "Qarant Sığorta" ASC, "Azərsun"MMC, "Parabank" ASC, və digər iri şirkətlər olub.

Tələbə və məzunlar mövcud əmək bazarı haqqında, onların ixtisaslarına olan tələbat barədə məlumat əldə edilib, işəğötürənlərlə ilkin əlaqələr qurublar. İşəğötürənlər tələbə və məzunlarla ünsiyyətdə olaraq, gələcəkdə işə cəlb olunacaq ixtisaslı kadrlar seçmək üçün onlardan CV-lər qəbul ediblər. Bununla yanaşı tədbir zamanı müvəqqəti xarakterli işlərlə təmin olunmaq istəyənlər üçün Səyyar əmək birjası da fəaliyyət göstərib.

Qeyd edək ki, "Karyerada ilk addım" adı altında tədbir bundan öncə Odlar Yurdu Universitetində keçirilmişdi.

Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə