280 kiloqram yararsız məhsul satışdan çıxarılıb

280 kiloqram yararsız məhsul satışdan çıxarılıb

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirib.

Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, monitorinqlər zamanı Bakının Xəzər, Yasamal, Abşeron rayonlarında, eləcə də Neftçala, Bərdə, Şabran, Şəki, Balakən, Ağdamda mağazalarda saxlama müddəti ötən malların satıldığı aşkarlanıb. Ümumilikdə, 280 kiloqrama yaxın saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol verən şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə