Bu gün səhər saatlarında "Bakı Metropoliteni" QSC-nin Elmlər Akademiyasında insan sıxlığı müşahidə olunub. Buna səbəb stansiyadakı eskalatorlardan birinin nasaz olması olub. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, mövcud problem hadisədən 5 dəqiqə sonra aradan qaldırılıb.
Məlumatda o da bildirilib ki, problemlə əlaqədar stansiyada insan sıxlığının olması normal haldır: "Səhər saatlarında insanların əksəriyyətinin istifadə etdiyi Elmlər Akademiyası stansiyasında adətən 2 eskalator işləyir. Bu gün eskalatorlardan birinin nasaz olması səbəbindən müəyyən problem yaranmışdı, lakin dərhal aradan qaldırıldı. Hazırda vəziyyət qaydasındadır. Eskalatorda yaranan problem qatarların hərəkətində heç bir gecikməyə səbəb olmayıb".
Qeyd edək ki, stansiyada saat 08.35-də dayanan eskalatorun hərəkəti 08.41-də təmin olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB