Xarici mətbuat “Heydər Əliyev Su Təchizatı layihəsi”nin açılış mərasimindən yazdı
Pakistanın ingilis dilində yayımlanan nüfuzlu "The İnternational News" qəzeti "Heydər Əliyev Su Təchizatı layihəsi"nin açılış mərasimindən bəhs edən "Azərbaycan Fondu Tankda su təchizatına başlamışdır" sərlövhəli məqalə dərc edib. SİA-nın AzərTAC-a istinadən verdiyi xəbərə görə, məqalədə, layihənin Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirildiyi xüsusi vurğulanıb.
Yazıda, Pakistan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Fəysəl Kərim Kundinin Pakistan əhalisinə göstərilən qayğıya görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya ərazi sakinlərinin adından dərin minnətdarlıq ifadə etdiyi bildirilib. F.K.Kundi, həmçinin Pakistan ilə Azərbaycan arasında mövcud dostluq və qardaşlıq münasibətlərindən danışıb, 2013-cü ildə Azərbaycana səfəri zamanı ölkəmiz haqqında əldə etdiyi təəssüratlarını bölüşüb.
Məqalədə, həmçinin Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov, AIMS İnkişaf Qrupunun prezidenti Əhməd Xan Kundi və bölgə sakinlərindən Mahammad Ecazın çıxışlarına yer verilib.
Məqalənin tam mətnini aşağıdakı linkdən oxumaq mümkündür: http://www.thenews.com.pk/Todays-News-2-248171-Azerbaijan-Foundation-launches-water-supply-scheme-in-Tank
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB