“The New York Times” Vüqar Həşimovun xatirəsinə həsr olunmuş turnir barədə məqalə dərc olunub
ABŞ-da çıxan nüfuzlu "The New York Times" qəzetində Şəmkirdə həyatdan vaxtsız köçmüş istedadlı Azərbaycan qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr edilmiş şahmat superturniri barədə məqalə dərc olunub.
Geniş məqalədə norveçli dünya çempionu Maqnus Karlsendən, onun turnirdəki rəqiblərindən danışılır. Məqalədə Maqnus Karlsen və İtaliya şahmatçısı Fabiano Karuana arasında final görüşü təhlil edilir.
Məqalədə 27 yaşında vəfat edən Azərbaycan qrossmeysteri Vüqar Həşimovun qısa bioqrafiyası da verilib.
Xatırladaq ki, bu nüfuzlu nəşr əvvəlki məqalələrindən birində Azərbaycan qrossmeysteri Vüqar Həşimovu "dünyada son onilliyin ən yaxşı şahmatçılarından biri" adlandırmış və 2009-cu ildə Azərbaycan komandasının Avropa çempionatında qızıl medal qazanmasında onun həlledici rolunu vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB