Avtomobillərin evakuasiya ediləcəyi barədə yeni xəbərdaredici yol nişanları quraşdırılır

Avtomobillərin evakuasiya ediləcəyi barədə yeni xəbərdaredici yol nişanları quraşdırılır

Bakıda dayanma, durma və parklanmanın qadağan olduğu ərazilərdə avtomobillərin evakuasiya ediləcəyi barədə yeni xəbərdaredici yol nişanları quraşdırılır.

Paytaxtın mərkəzi küçələrində dayanma, durma və parklanma qaydalarını pozan sürücülərə qarşı tədbirlər davam etdirilir. Artıq dayanma, durma və parklanmanın qadağan olduğu ərazilərdə avtomobillərin evakuasiya ediləcəyini bildirən 20-yə yaxın yeni xəbərdaredici yol nişanları quraşdırılıb. Bu nişanların quraşdırılması davam etdirilir.

Bundan sonra sürücü avtomobilinin hara evakuasiya edildiyini də öyrənə biləcək. Avtomobillərin hansı istiqamətdə aparılmasını və harada yerləşdirilməsini bildirmək üçün xəbərdaredici yol nişanlarının altında lazımi telefon nömrələrini göstərən bildirişlər də yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə