DSMF-in keçirdiyi mini-futbol turniri başa çatıb

DSMF-in keçirdiyi mini-futbol turniri başa çatıb

Müasir Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə silsilə tədbirlər Dövlət Sosial Müdafiə Fondunda da keçirilir. DSMF-nin ictimaiyətlə əlaqələr sektorundan SİA-ya verilən məlumata görə, bu tədbirlərdən biri - aprelin 3-də açılış mərasimi olan, Ulu Öndərin anadan olmasının 91-ci ildönümü münasibətilə Fondun strukturlarının komandaları arasında keçirilən mini-futbol turniri mayın 5-də başa çatıb.

Bu münasibətlə keçirilən tədbirdə DSMF-nin sədri Elman Mehdiyev çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanda idmanın və bədən tərbiyəsinin inkişafına qayğısı bu sahədə yüksəlişin əsasını qoyub. Rəhbərlik etdiyi bütün sahələrdə uğurlara imza atan İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti kimi fəaliyyəti nəticəsində müstəqil Azərbaycan beynəlxalq aləmdə həm də bir idman ölkəsi kimi tanınıb və olimpiya hərəkatına qoşulub. 2015-ci ildə Azərbaycanın Avropa ölkələri arasında tarixdə ilk dəfə keçiriləcək Olimpiya oyunlarına ev sahibliyi etməsi bunun bariz nümunəsidir.

Fondun sədri onu da vurğulayıb ki, DSMF-də artıq neçə illərdir ümummilli liderin doğum günü ərəfəsində müxtəlif kütləvi tədbirlər təşkil olunur ki, bunlardan biri də bu gün başa çatan komandalar arası mini-futbol turniridir.

Daha sonra Elman Mehdiyev 8 komandanın yarışa qatıldığı mini-futbol turnirinin qaliblərini təbrik edib və onlara kubok, medal, diplom və mükafatları təqdim edib.

Qeyd edək ki, DSMF-də Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Fondun şəhər və rayon strukturlarının 32 nəfər əməkdaşı arasında şahmat və 21 nəfər əməkdaşı arasında isə stolüstü tennis yarışları da keçirilib. Bu yarışların qalibəri də müəyyənləşib və mükafatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə