Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin doğum günü şərəfinə Qaradağ rayonunda Gül bayramının keçirilməsi artıq ənənəyə çevrilib. SİA-nın məlumatına görə, keçirilən tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini, Milli Məclisin üzvü Siyavuş Novruzov, Milli Məclisin üzvü Mixail Zabelin, Şura üzvləri digər qonaqlar və rayon ictimaiyyəti iştirak ediblər.
Rayon ərazisindəki Heydər parkı bəzədilərək gül-çiçəyə bürünüb. Parkda bir-birindən gözəl, cazibədar yaradıcılıq nümunələrinə, al-əlvan güllərdən və çiçəklərdən hazırlanmış çələnglərə, müxtəlif mövzuları əhatə edən əl işlərinə, tamaşa etməmək mümkün deyildi. Gül bayramında rayonun orta ümumtəhsil məktəbləri və məktəbəqədər təhsil müəssisələri, uşaq-gənclər yaradıcılıq mərkəzləri özlərinin əl işlərini nümayiş etdiriblər.
Gül bayramı Ümummilli Lideri Heydər Əliyevin doğum gününə həsr olunduğundan əl işlərinin mövzu və kompozisiyasında ulu öndərə olan sonsuz məhəbbət və ehtiram hissi təşkil edib. Al-əlvan, müxtəlif bəzək elementlərinin əks olunduğu paltarlar geyinmiş balaca körpələr da bayram şənliyinə əlavə yaraşıq gətirib.
Tədbir günün sonunda respublikamızın tanınmış incəsənət xadimlərinin iştirakı ilə konsert proqramıyla davam edərək atəşfəşanlıqla yekunlaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB