239 saylı orta məktəbdə Ümummilli liderin 91 illik yubileyi qeyd olunub

239 saylı orta məktəbdə Ümummilli liderin 91 illik yubileyi qeyd olunub

Səbail rayonu Badamdar qəsəbəsindəki şəhid Tofiq Məmmədov adına 239 saylı tam orta məktəbdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunan tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbir Səbail rayon İcra Hakimiyyətinin Ulu öndərin əziz xatirəsinə həsr olunmuş tədbirlər planı çərçivəsində təşkil olunub. Bayramsayağı bəzədilən məktəb həyətində başlanın tədbir Azərbaycanının Dövlət himninin ifası ilə başlanıb.

Tədbiri 239 saylı tam orta məktəbin direktoru, əməkdar müəllim Sədaqət Əzimova açaraq qonaqları salamlayıb, tədbir barədə, onun məqsədi və Ulu öndərin doğum günü ilə bağlı məktəbdə görülən işlər barədə məlumat verib.

Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Eldar Ağayev Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə danışıb: "Qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilib. Bu gün Azərbaycan dövlətçiliyini, xalqımızın müstəqilliyini əbədiyyətədək yaşatmaq üçün Heydər Əliyev irsi, onun dövlət idarəçiliyi təcrübəsi misilsiz mənəvi sərvətlər xəzinəsidir. Ölkəmizin hər bir vətəndaşının bu nadir xəzinəyə yiyələnməsi, dahi şəxsiyyətin zəngin dövlət idarəçiliyi təcrübəsini, onun həyatının ən ağır anlarında belə doğma xalqına necə misilsiz sədaqətlə, cəsarətlə xidmət etməsini öyrənməsi Azərbaycanın parlaq gələcəyi deməkdir. Azərbaycanda bu gün Ümummilli Liderimizin ideyaları nəinki yaşayır, hətta daha geniş şəkildə həyata keçirilir. Böyük öndərimizin başladığı, lakin axıra çatdıra bilmədiyi işlər onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir".

Eldar Ağayev həmçinin Səbail rayonunda ulu öndərin əziz xatirəsinə həsr olunan tədbirlər barədə məlumat verib.

Məktəblilər Heydər Əliyevə həsr olunan şeir və mahnıları ifa ediblər, ibtidai sinif şagirdləri Ulu öndərin doğum günü ilə bağlı "91" və Heydər Əliyev Fondunun 10 illiyi ilə bağlı "10" rəqəmlərinin fiqurlarını nümayiş etdiriblər.

Sonra məktəbin 15 sinfində "Əsrlərə bərabər illər" mövzusunda elmi-təcrübi seminar keçirilib. Seminarda "Heydər Əliyev və Ordu quruculuğu", "Zəmanəmizin ən Böyük Azərbaycanlısı", "Ölkənin elektrik enercisi və alternativ enerci mənbələri ilə təmin olunmasında böyük siyasətçinin rolu", "Heydər Əliyev və uşaq hüquqları", "Heydər Əliyev - zəmanəmizin lideri" və digər mövzularda seminar məşğələləri, şagirdlərin Ulu öndərə həsr olunmuş elektron təqdimatları və əlamətdar gün münasibəti ilə təşkil olunan tədbirlər çərçivəsində keçirilən "Şən startlar" yarışlarının final mərhələsi keçirilib.

Tədbirdə RİH ilə yanaşı, Təhsil Nazirliyi, Bakı şəhəri üzrə Təhsil İdarəsinin, rayon pelaqoji ictimaiyyətinin nümayəndələri, Badamdar qəsəbə nümayəndəliyi və Badamdar Bələdiyyəsinin rəhbərləri də iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə