Silahlı Qüvvələrin motoatıcı taborunun NATO qiymətləndirməsi üzrə təlimi başlayıb

Silahlı Qüvvələrin motoatıcı taborunun NATO qiymətləndirməsi üzrə təlimi başlayıb

Bu gün Bakı şəhərində Azərbaycan Respublikasının NATO qüvvələri ilə yüksək səviyyəli uyarlığa nail olmaq məqsədilə Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə təlimi başlayıb.

Qaraheybət Təlim Mərkəzində keçirilən səhra təlimlərində Silahlı Qüvvələrin 900 nəfərə yaxın şəxsi heyəti, 100-dək hərbi texnikası və 4 ədəd helikopteri cəlb olunub.

Təlimlərin qərargah və taktiki əməliyyat mərkəzində praktiki fəaliyyət göstərən motoatıcı taborun şəxsi heyətinin 5 sahə üzrə beynəlxalq və milli müşahidəçilər tərəfindən qiymətləndirilməsi həyata keçiriləcək.

Təlimlər mayın 8-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə