Prezident FHN-ə yeni müavinlər təyin etdi SƏRƏNCAM

Prezident FHN-ə yeni müavinlər təyin etdi SƏRƏNCAM

Azərbaycan fövqəladə hallar nazirinin müavinləri təyin olunub. SİA-nın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev bu gün Teymur Ramiz oğlu Mehdiyevin fövqəladə hallar nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə T.Mehdiyevə general-mayor ali hərbi rütbəsi verilib.

Dövlət başçısı Tapdıq Əhliman oğlu Əmiraslanovun da fövqəladə hallar nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə