Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azəriqaz" İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir.
ARDNŞ-dən SİA-ya verilən məlumata görə, görülən işlərin nəticəsidir ki, birlik bu ilin yanvar-aprel ayları ərzində hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq müvafiq sənədləri təqdim edən 62 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib.
Qeyd edək ki, təbii qazla təmin olunmuş bu binalarda ümumilikdə 6 735 ailə yaşayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB