Havanın temperaturu 32 dərəcəyədək qalxacaq

Havanın temperaturu 32 dərəcəyədək qalxacaq

Sabah Azərbaycanın bəzi rayonlarında havanın temperaturu 32 dərəcəyədək yüksələcək. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib.

Onun sözlərinə görə, mayın 6-da Bakı və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Gecə və səhər bəzi yerdlərə zəif duman olacaq. Cənub küləyi əsasən axşam şimal-qərb küləyi ilə əvəzlənəcək.

Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 11-16, gündüz 23-28 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da mayın 6-da hava əsasən yağmursuz keçəcək, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq.

Aran rayonlarında havanın temperaturu gecə 11-16, gündüz 27-32, dağlarda gecə 5-10, gündüz 18-23 dərəcə isti olacaq.

A.Verdiyev bildirib ki, yaxın 2-3 gün ərzində Azərbaycan ərazisində əsasən yağmursuz hava şəraiti hökm sürəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə