Xorvatiyanın generalı Azərbaycana gəlir

Xorvatiyanın generalı Azərbaycana gəlir

Xorvatiya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Daraqo Lovriç mayın 6-da Azərbaycana rəsmi səfərə gələcək. Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, səfər çərçivəsində qonağın MN-də görüşləri planlaşdırılır.

General D. Lovriçin rəhbərlik etdiyi nümayəndə heyətinin NATO Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə səhra təliminin Müşahidəçilər görüşündə iştirakı, o cümlədən Silahlı Qüvvələrin Hərbi Akademiyası, Təlim və Tədris Mərkəzi ilə tanışlığı gözlənilir.

Səfər mayın 8-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə