“Böyük İpək Yolu” Fransada tədbirdə iştirak edib

“Böyük İpək Yolu” Fransada tədbirdə iştirak edib

"Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqı Fransanın Strasburq şəhərində keçirilən "İkinci dünya müharibəsinin xatirəsi" adlı konfransda iştirak edib. Bu barədə SİA-ya təşkilatın mətbuat xidmətindən məlumat verilib.

1-5 may tarixində keçirilən tədbir Avropa Şurası və Rusiyanın Uşaq və Gənclər Təşkilatları Şurasının təşkilatçılığı ilə Strasburqdakı Avropa Gənclər Mərkəzində keçirilib.Toplantı ikinci dünya müharibəsinin başa çatmasına həsr olunub.

Konfransda Avropa Şurasına üzv ölkələr, MDB ölkələrinin gənclər təşkilatının 50 nəfərlik nümayəndə heyəti ilə iştirak edib. Tədbir çərçivəsində keçirilən dəyirmi masalar zamanı iştirakçılar Avropa Şurasının prioritetləri haqqında danışılıb və müharibə dəhşətlərinin qarşısının alınmasında apardığı fəaliyyət müzakirə edilib. Seminarda gənclər üçün foto müsabiqə elan olunub. Müsabiqədə iştirak edən fotolar sonra Avropa Şurası Parlament Assambleyasının növbəti sessiyası zamanı təqdimatı keçiriləcək və şəkillər Avropa ölkələrinin paytaxtlarına nümayiş olunacaq.

"Böyük İpək Yolu" BGT-ni təşkilatını katibliyinin üzvü Toğrul Tağızadə təmsil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə