Vüsal Quliyev: "Niyyətimiz qabaqcıl ölkələrin təcrübəsini öyrənməkdir"
" "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının hazırlanması əvvəlkilərdən çox fərqlənir. Çünki əvvəlki proqramların hazırlanmasında aidiyyəti dövlət qurumları iştirak edirdi, ancaq indi bu proqramın hazırlanması bilavasitə gənclərə həvalə olunub". SİA-nın xəbərinə görə, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə keçirilən "Gənclərin məşğulluq siyasətinin formalaşdırılmasında həmkarlar ittifaqlarının rolu" mövzusunda seminarda çıxışı zaman deyib.
Onun sözlərinə görə, Azərbaycan müstəqillik əldə etdiyi ilk illərdə dövlət büdcəsindən gənclər siyasətinə ayrılan vəsait 25 min manat idisə, artıq bu vəsait 25 milyon manatı keçib: "Bu, ölkə rəhbərliyi tərəfindən gənclərimizin inkişafına, onların məşğulluğuna və sağlamlığına göstərilən diqqətdən irəli gəlir. Gənclərin təkliflərindən biri də Gənclər Fondunun yaradılması idi və bu da proqrama salındı. Prezident tərəfindən təsdiq olunduqdan sonra, 2011-ci ildə Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu yaradıldı. Fondun fəaliyyəti özünü təsdiq edəndən sonra Fondun statusu dəyişərək, Azərbaycan Prezidenti yanında Gənclər Fondu oldu".
V. Quliyev onu da əlavə edib ki, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektoru gənclərin məşğulluğu sahəsində qabaqcıl ölkələrin təcrübəsini öyrənmək niyyətindədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB