Müdafiə Nazirliyi ilə NATO ekspertləri arasında görüş keçiriləcək

Müdafiə Nazirliyi ilə NATO ekspertləri arasında görüş keçiriləcək

Mayın 6-da Bakı şəhərində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə NATO-nun Beynəlxalq Qərargahının ekspertlər qrupu arasında Planlaşdırma və Analiz Prosesinin həyata keçirilməsinin qiymətləndirilməsi üzrə İşçi görüşü keçiriləcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşdə bu proqram çərçivəsində Müdafiə Nazirliyinin üzərinə götürdüyü məqsəd və öhdəliklərin yerinə yetirilməsinin qiymətləndirilməsi müzakirə ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə