"Bu gün gənclər arasında işsizlik orta yaşlılar arasında işsizlikdən 3 dəfə çoxdur". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Mehbalıyev "Gənclərin məşğulluq siyasətinin formalaşdırılmasında həmkarlar ittifaqlarının rolu" mövzusunda keçirilən seminarda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, müasir şəraitdə gənclərin rastlaşdığı problemlər özünün müxtəlifliyi ilə seçilir: "Yaxşı təhsil almaq və layiqli iş yeri tapmaq imkanını itirən gənclər daha az müdafiə olunur və adətən, natamam iş vaxtı və qeyri-adekvat sosial müdafiə sistemi olan az maaşlı, müvəqqəti iş yerlərində çalışırlar. Gənclər təhsildən əmək fəaliyyətinə keçərkən böyük çətinliklərlə üzləşirlər. Oxumayan, işləməyən və peşə hazırlığı keçməyən gənclər arasında iş tapmaq ümidini itirənlərin və ali təhsilli işsiz gənclərin sayının artması tendensiyası hamımızda narahatlıq doğurur. Bu gün dünyada hər beş nəfərdən biri 14-25 yaş arasında olan gənclərdir".
S. Mehbalıyev onu da qetd edib ki, dünyada 1,2 milyard gənc var ki, onların da 43 faizi faydalı əməklə məşğuldurlar: "Azərbaycanda 15-29 yaşlı gənclər respublika əhalisinin 29,3 faizini, işləyənlərin isə 24,4 faizini təşkil edirlər. Respublikada gənclər arasında işsizlik 10,9 faizdir. 130 min işsiz gəncin 13,9 faizi ali təhsilli, 54,6 faizi isə orta təhsilli gənclərdir. Gənclərin potensialından məhsuldar istifadə üsulları tapılmasa nə onların, nə də bütövlükdə ölkənin parlaq gələcəyi olmayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB