Mayın 5-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Məlumata əsasən, həftənin ilk iş günündə paytaxtda və yarımadada havanın temperaturu gecə 10-14, gündüz 22-27 dərəcə isti olacaq.
Ölkənin rayonlarında havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Havanın temperaturunun gecə 9-14, gündüz 25-30 isti olacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB