Silahlı Qüvvələrin təlimi keçiriləcək

Silahlı Qüvvələrin təlimi keçiriləcək

5-8 may tarixlərində Bakı şəhərində Azərbaycan Respublikasının NATO qüvvələri ilə yüksək səviyyəli uyarlığa nail olmaq məqsədilə Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə təlimi keçiriləcək. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan 2004-cü ilin aprel ayından NATO-nun ƏİK proqramına qoşulub.

Azərbaycan Respublikası Silahlı Qüvvələri ƏİK proqramı çərçivəsində Ortaq Qüvvələr Birliyinə bir yüngül motoatıcı bölüyü təqdim edib, 2010-cu ilin avqust ayından isə tabor yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə