Ağdamda məcburi köçkünlər üçün yeni qəsəbə inşa edilir

Ağdamda məcburi köçkünlər üçün yeni qəsəbə inşa edilir

Ağdam rayonun İmamqulubəyli kəndi ərazisində məcburi köçkünlər üçün qəsəbə inşa edilir. SİA-nın xəbərinə görə, 22 ildir ki, çətin şəraitdə yaşayan köçkünlər sonda sevinəcəklər. Onlar üçün tikilən qəsəbəyə 70 hektar torpaq sahəsi ayrılıb. Qəsəbədə sakinlərin rahatlığı üçün hər cür şərait yaradılacaq.

Qəsəbədə ümumilikdə 632 ev inşa edilir. Bu evlərdən 50-si otaqlı, 296-sı 2 otaqlı, 242-si 3 otaqlı, 44-ü 4 otaqlıdır. Həmçinin qəsəbədə 440 yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, klub icma mərkəzi, poçt, futbol meydançası və ambulatoriya da fəaliyyət göstərəcək.

Qəsəbə sakinlərinin istirahəti üçün 3 hektar sahəsi olan parkda istifadəyə veriləcək. Yaşayış məntəqəsi mavi yanacaqla, elektrik enerjisi və su boruları ilə təchiz ediləcək. Qəsəbədə 2 ədəd 500 kubluq su anbarı da sakinlərin istifadəsinə veriləcək. Qəsəbənin 14 kilometrə yaxın yolu asfalt örtüklə örtüləcək. Hazırda ərazidə 19 tikinti şirkətinin işçiləri çalışır.

Şamxal Cəliloğlu. Ağdam

Bütün xəbərlər Facebook səhifəmizdə