Sabah yağış yağacaq PROQNOZ

"Həftə sonu Bakıda və Abşeron yarımadasında havanın tutulacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər tədricən kəsiləcəyi, gün ərzində dəyişkən buludlu olacağı gözlənilir". SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova belə deyib.

Onun sözlərinə görə, mayın 4-də paytaxtda və yarımadada mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək: "Havanın temperaturunun gecə 10-15, gündüz 20-24 dərəcə isti olacağı proqnozlaşdırılır. Rayonlarda bəzi yerlərdə şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 11-16, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir".

Bütün xəbərlər Facebook səhifəmizdə