Bərdədə hərbi vətənpərvərliklə bağlı layihə həyata keçirilir

Bərdədə hərbi vətənpərvərliklə bağlı layihə həyata keçirilir

Bərdədə Azərbaycan Respublikası Müharibə Veteranları və Beynəlminəlçi Hərbiçilər İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda gedən müharibə zamanı hərbi hissələrin göstərdikləri qəhrəmanlığın hərbi qulluqçular və gənclər arasında təbliği" mövzusunda layihəni həyata keçirir. SİA-nın xəbərinə görə, hərbi vətənpərvərlik layihəsinin əsas məqsədi hərbi xidmətə çağırılacaq gəncləri və hərbi xidmət keçən hərbiçiləri düşmənin təcavüz cəhdinin dəf olunmasında və gəncləri hərbi-vətənpərvərlik ruhunda tərbiyə etməkdir. Həyata keçirilən layihə müasir gənclərin və hərbiçilərin doğma ordumuz tərəfindən göstərilmiş qəhrəmanlıq nümunələrinə və cəsur əməllərinə görə fəxarət hissini gücləndirəcək.

İstedadlı rəssam Əmirxan Nuar tərəfindən yağlı boyalarla çəkilmiş təsviri sənət əsəri layihənin icrasında əldə edilmiş ən dəyərli nəticələrdən biridir. Rəsm əsəri "701 kəlbəcərlilərin xilasında" adını daşıyır. Şəkildə Kəlbəcərin mühasirəsi zamanı kütləvi qəhrəmanlıq göstərmiş 701 saylı hərbi hissənin döyüş epizodları universal şəkildə canlandırılıb.

Sonda hərbi vətənpərvərlik mövzusunda videoçarx izlənib və foto sərgiyə baxış keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə