Oqtay Əsədov: "Milli Məclisin iclasından daha vacib nə ola bilər?" millət vəkillərinə
Milli Məclisin spikeri Oqtay Əsədov deputatlara öz fikirlərini bildirmək üçün əlavə vaxt verib. SİA-nın xəbərinə görə, əlavə vaxtdan istifadə edən spiker Oqtay Əsədov bəzi mətbuat nümayəndələrinə də irad tutub.
Spiker mətbuat nümayəndələrinin bəzi üzvlərinin parlamentdə baş verən söz-söhbətlərdən yazmağa üstünlük verməsinə etiraz edib: "Parlamentdə çıxışlar qurtarmamış mətbuatda yazırlar ki, parlamentin sədri guya deputatlara müsahibə verməyə və ya efirə çıxmağa icazə verməyib. Təəsüf ki, parlamentdə bu qədər vacib məsələlər həll olunduğu halda, qanunların heç birini qeyd etmirlər. Ancaq neqativ hallardan yazırlar. Biz özümüz bu cür yazıların yazılmasına rəvac veririk. Parlamentin ayda iki dəfə iclasının keçirilməsinə baxmayaraq deputatların əksəriyyəti yarım saat gecikirlər. Misal olaraq, az əvvəl səsvermə zamanı gördük ki, yetər səs yoxdur. Axı bizim başqa nə işimiz var?! Deputat seçiləndə üzərimizə öhdəlik götürmüşük ki, iclaslarda iştirak edəcəyik. Axı ayda iki dəfə keçirilən iclasda iştirak etmək nə çətin məsələdir?!"
"Bəzən deputatlar deyir ki, biz tədbirə gedirik. Nə tədbiri? Hansı tədbir? Milli Məclisin iclasından daha vacib nə ola bilər? Həmin deputatlar tədbirə getdiklərindən iclasın yarısına gəlib çatır, sonra da bir-iki çıxış edir, yenidən çıxıb gedirlər. Özümüz- özümüzə hörmət etməliyik ki, artıq söhbətlər yaranmasın. Dünyanın hər yerində var ki, 500 deputat üzvündən 50-i iclasda iştirak edə bilər. Amma səsvermə zamanı hamı iclasda olmalıdır. Bu boyda bina tikilir, ancaq binada komitə sədrlərindən başqa deputatların 70%-ni kabinetdə görməmişəm. Əgər kabinetə gəlmirsinizsə, o zaman imkan yaradaq ki, orada ekspertlər otursunlar".
Oqtay Əsədov həmçinin deputatların telefon məsələsindən danışıb: "Deyirik ki, burada sakitlik olsun. İclasa girirsinizsə telefonunuzu səssizə qoyun. İclas zaanı hər tərəfdən zəng səsi gəlir. Bu cür xırdalıqları demək xoş deyil. Xahiş edirəm ki, bunları nəzərə alasınız".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB