Azərbaycan diaspor təşkilatının rəhbərliyi Kartepe Bələdiyyə sədri ilə görüşüb
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) İdarə Heyətinin üzvləri və Kocaeli Azərbaycan Kültür Evinin nümayəndələri 30 mart seçkilərində ilk dəfə Kartepe Bələdiyyəsinin sədri seçilmiş Hüseyin Üzülmezlə görüşüb. Disaporla İş zzrə Dövlət Komtiəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, TADEF rəhbəri Bilal Dündar təşkilatın və nümayəndə heyətinin adından yeni bələdiyyə sədrini təbrik edərək ona fəaliyyətində uğurlar arzulayıb, daha sonra Azərbaycandan aparılmış Qarabağ xalısını və müəllifi olduğu "Bir millət, iki dövlət" adlı kitabını Hüseyin Üzülmezə təqdim edib.
TADEF rəhbəri Bilal Dündar keçmiş bələdiyyə sədri Şükrü Karabalık dönəmində, 2010-cu ildə Kartepe rayonunda Azərbaycanın ulu öndəri Heydər Əliyev adına park salındığını xatırladıb və Azərbaycanla Türkiyə arasında hər sahədə əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.
Kartepe Bələdiyyəsinin sədri seçilmiş Hüseyin Üzülmez isə öz növbəsində Türkiyə ilə Azərbaycanın dünyada bənzəri olmayan iki qardaş ölkə olduğunu deyib. Kartepenin dünyanin yeni Davosu olmağa namizəd bölgə olduğunu bildirən Hüseyin Üzülmez azərbaycanlı iş adamlarının da əraziyə yatırım etmələri üçün bələdiyyə sədri olaraq hər cür şərait yaradacağını vurğulayıb. Bələdiyyə sədri TADEF-lə bundan sonra da əməkdaşlığın davam etdiriləcəyini və dəstək göstərilcəyini əlavə edib.
Qarşılıqlı fikir mübadiləsini sonunda Kartepe ilə Azərbaycanın bir bələdiyyəsinin qardaş bələdiyyələr olması və əməkdaşlığın daha da gücləndirilməsi qərara alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB