Etiketdə məlumatlar yazılmayan ərzaq məhsullarını satışa çıxaranlar cəzalandırılacaq

Etiketdə məlumatlar yazılmayan ərzaq məhsullarını satışa çıxaranlar cəzalandırılacaq

Parlamentin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib. SİA-nın xəbərinə görə, dəyişikliklər barədə məlumat verən Əli Hüseynli bildirib ki, dəyişikliyə əsasən ekoloji təmiz kənd təsərrüfatının tələblərinə cavab verməyən kənd təsərrüfatı və ərzaq məhsullarının ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının milli əmtəə nişanının vurulmasına, ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının dövriyyəsi ilə məşğul olan şəxslər tərəfindən həmin məhsulların ənənəvi üsullarla istehsal edilən məhsullarla qarışdırılmasına və spesifikliyinin qorunmamasına, etiketi üzərinə istehsalında genetik modifikasiya olunmuş orqanizmlər və onların törəmələrindən istifadə edilməməsi haqqında məlumat göstərilməyən ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının Azərbaycanda satışa çıxarılmasına görə fiziki şəxslər 50, vəzifəli şəxslər 300, hüquqi şəxslər isə 2000 manat miqdarında cərimə ediləcək.

Qeyd edək ki, dəyişikliklər müzakirələrdən sonra qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə