Bu gün səhər saatlarında Ağa Nemətullah küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində yerləşən tunelin sağ köməkçi hissəsində yolda çökmə baş verib. Bu barədə SİA-ya açıqlamasında Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.
Onun sözlərinə görə, çökmə təxminən 3 kvadmetr ərazini əhatə edir: "Çökməyə səbəb kanalizasiya xəttindəki tutulmadır. Kommunikasiya quyuları su ilə dolu idi. Çökmə nəticəsində yolun həmin hissəsi yuyulub və nəticədə mövcud hadisə baş verib. Hazırda ərazidə təmir işləri gedir. Aidiyyəti qurumun əməkdaşları hadisə yerindədirlər və problemin aradan qaldırılması istiqamətində işlər görülür".
.jpg)



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB