Akif Əlizadə: “Magistratura və doktoranturada təhsil alan oğlanlar həqiqi hərbi xidmətdən azad olunmalıdırlar”
"Azərbaycanın yaşıl xəzinəsi" mövzusunda sərginin açılış zamanı jurnalistlərə açıqlama verən AMEA-nın prezidenti akademik Akif Əlizadə magistratura və doktoranturada təhsil alan oğlanlara həqiqi hərbi xidmətdən möhlət hüququ verilməsinin çox mühüm olduğunu bildirib: "Çox istərdim ki, həmin sahədə təhsil alan oğlanlar hərbi xidmətdən azad olsunlar. Çünki elmimiz çətinliklərlə üzləşir. Hərbi xidmət müddəti ərzində onların da yaddaşında elm, təhsil bir qədər unudulur. Ümid edirəm ki, bu qanun tezliklə qüvvədə olacaq. Onu da diqqətinizə çatdırım ki, bu il keçirilən doktorantura imtahanlarının nəticələrini normal dəyərləndirirəm. Gələn il bu sahədə bir sıra islahatlara yer vermək və tamamilə onun formatını dəyişmək niyyətindəyik. Burada məzmun baxımından dəyişikliklər də olacaq, həmçinin qəbul zamanı vakant yerlərin bütün istiqamətlərdə azaldılması da nəzərdə tutulub. Bunda məqsəd kadr hazırlığı işinin keyfiyyətini yüksəltməkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB