“Azərbaycanda internet azaddır və heç bir sosial şəbəkəyə məhdudiyyət qoyulmur” rəsmi açıqlama

“Azərbaycanda internet azaddır və heç bir sosial şəbəkəyə məhdudiyyət qoyulmur” rəsmi açıqlama

Bir sıra yerli saytlarda "Azərbaycan "Facebook"da saxta səhifələrlə mübarizəyə başlayır" başlıqlı məlumat dərc olunub. Məlumatda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi (ETM)nin "Facebook" sosial şəbəkəsində feyk-akkauntlarla (saxta hesablar) mübarizəyə başladığı qeyd olunur. SİA-nın xəbərinə görə, məsələ ilə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bildirir ki, bu, təhrif olunmuş məlumatdır.

Nazirliyin yaydığı məlumatda deyilir: "Azərbaycanda internet azaddır və heç bir sosial şəbəkəyə məhdudiyyətlər tətbiq olunmur. Elektron Təhlükəsizlik Mərkəzi mütəmadi olaraq informasiya təhlükəsizliyi sahəsi ilə bağlı cəmiyyətdə maarifləndirmə işlərini həyata keçirir. Bu baxımdan Mərkəz zamanla "Facebook", "YouTube" və s. kimi şəbəkələrdə informasiya təhlükəsizliyi məsələlərinə diqqət yetirilməsi ilə bağlı əhalini maarifləndirmək məqsədilə müxtəlif buklet və broşürlər, məlumat kitabçalarının hazırlanıb paylanılmasını reallaşdırır və gələcəkdə də bu prosesi davam etdirməyi planlaşdırır. Bu kitabçaların bəzi media orqanlarında "nəzarət sənədi" olaraq təqdim olunması qətiyyən düzgün deyil. Məlumat təhrif olunaraq cəmiyyətdə çaşqınlıq yaradıb".

Bütün xəbərlər Facebook səhifəmizdə