Güclü ölkənin təməli olan gənclərin sağlamlığının qorunması dövlətimizin prioritet məsələlərindəndir. Bu səbəbdən Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə yardımı ilə Bakı şəhərinin Qaradağ rayonunda "Yeni texnologiyalar yeniyetmələrin sağlamlığının keşiyində" adlı layihə həyata keçirilib. Fondan SİA-ya verilən xəbərə görə, layihənin məqsədi yeniyetmələrə sağlamlığı ilə bağlı yarana biləcək problemlərin profilaktikası, eləcə də onları sağlamlıq sahəsində maarifləndirici məlumatların verilməsinə yönəlib.
Layihə çərçivəsində 15 – 17 yaş arası yeniyetmələrin sağlamlıq vəziyyəti analiz edilib, onların tibbi müayinəsi keçirilib. Müayinələr "Sağlam Nəsil" Tibbi – Elmi Tədqiqat Mərkəzində həyata keçirilib.
12 – 19 yaş arası yeniyetlər və gənclər adətən sağlam qrup hesab edilir. Lakin buna baxmayaraq, məhz yeniyetməlik dövründə yetkin yaşda inkişaf edən bir çox ciddi xəstəliklərin təməli qoyulur. Məlumdur ki, qeyri – rasional qidalanma, fiziki aktivliyin az olması kimi amillər də bir çox xəstəliklərin yaranmasına səbəb olur. Bütün bunlar böyüyən nəslin sağlamlığına yeni yanaşmanın vacib olduğunu əsaslandırır.
Tibbi müayinələr sağlamlıq haqqında sualların daxil olduğu anketlərin paylanılması, müxtəlif xəstəliklərin inkişaf riski qrupuna daxil olan yeniyetmələrin ümumi analizindən ibarət idi.
Bu tədbirlər zamanı yeniyetmələrin düzgün həyat tərzi haqqında məlumatlarının az olması və sağlam həyat tərzinə riayət etməməsi müəyyən olunub. Bunu da nəticəsi olaraq laborator analizlər normaya uyğun deyildi. Bütün bunlar gələcəkdə bu cür profilaktik müayinələr və maarifləndirici treninqlərin keçirilməsini vacib edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB