Prezident Ağdaşda Heydər Əliyev parkında aparılan yenidənqurma işləri ilə tanış olub
Mayın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdaşa səfəri çərçivəsində Heydər Əliyev parkında aparılan yenidənqurma işləri ilə tanış olub.
SİA-nın məlumatına görə, son illərdə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası bölgələrin daha da gözəlləşməsi, regionların simasına yeni elementlərin daxil olması ilə müşayiət edilir. Ölkəmizin şəhər və rayonlarında aparılan quruculuq işləri çərçivəsində park və xiyabanların salınması, yenidən qurulması da diqqətdən kənarda qalmır. Bu sahədə həyata keçirilən işlər çərçivəsində Ağdaş şəhərindəki Heydər Əliyev parkının yenidən qurulması da xüsusi əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyevin park və xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən Ağdaşda da yenilənən Heydər Əliyev parkı ilk növbədə rayon sakinlərinin istirahətinin yüksək səviyyədə təşkilinə xidmət edir.
Müasir tələblər səviyyəsində qurulan və Ağdaşın mərkəzi hissəsinə xüsusi yaraşıq verən bu park Azərbaycanın tərəqqisi, ölkəmizin və onun bölgələrinin inkişafını bir daha sübut edir
Dövlətimizin başçısının diqqətinə çatdırılıb ki, rayon sakinlərin mənalı istirahəti, ağsaqqalların, gənclərin və uşaqların asudə vaxtının səmərəli təşkili üçün 7 hektar ərazidə yerləşən Heydər Əliyev parkında ardıcıl olaraq yenidənqurma və tikinti-quraşdırma işləri aparılır. Ötən dövrdə bu parkda aparılan yenidənqurma işləri zamanı milli memarlıq üslubu ilə müasirlik tam uzlaşdırılıb. Yenidənqurma işlərindən sonra Heydər Əliyev parkı özünəməxsus elementlər və formalarla zənginləşdirilib. Ərazidə yeni yollar və cığırlar salınıb.
Parkda yaradılan iki süni göl və 11 fəvvarə bu istirahət məkanının gözəlliyini daha da artırıb Burada müasir işıqlandırma sistemi, müxtəlif attraksionlar, ana və uşaq istirahət mərkəzi, gənclər kafesi, mini avtodrom yaradılıb. Görülən işlər çərçivəsində açıq fitnes, 5D kino zalı, tir atıcılıq mərkəzi də qurulmuş, müasir dizaynda oturacaqlar qoyulub. Parkın ərazisinin yaşıllaşdırılması məqsədilə ağac və dekorativ gül kolları əkilmiş, geniş ərazidə çəmənlik salınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB